AZ

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı - Foto

Rusiyanın tanınmış aktyorları Bakıda gəzintiyə çıxıblar.

Kult.az xəbər verir ki, gəzintidə “Müasir pyes məktəbi" Teatrının, “Luna” Teatrının və Komediya Teatrının aktrisası Yelena Zaxarova, “Çayka” filminin rejissoru, V. Mayakovski adına Moskva Akademik Teatrının aktrisası Polina Lazareva, “Nürnberq” filmində baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo və layihənin prodüseri, Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva və həyat yoldaşı Bakının şəhər panoramasının açıldığı ən yüksək nöqtəsindəki müşahidə meydançasına qalxaraq, parlaq günəş işığında buxtanın mənzərələrinə heyranlıqla tamaşa ediblər.

Daha sonra qonaqlar İslam memarlığının ən əhəmiyyətli abidələrindən biri olan Bibiheybət məscidini ziyarət ediblər.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla