AZ

"İkinci yeri təmin etdikdən sonra kubokun finalına hazırlaşacağıq" - Bayramov

"Zirə" Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ"ni iki oyunun nəticəsində görə 4:1 məğlub edərək finalda "Qarabağ"a rəqib oldu.

Qəsəbə təmsilçisinin futbolçusu Fuad Bayramov "FutbolPress"ə açıqlamasında "Qəbələ" ilə oyun haqda fikirlərini bildirdi:

"Öncəliklə finala çıxmaq münasibəti ilə klub rəhbərliyini və "Zirə" azarkeşlərini təbrik edirəm. Matça gəlincə, oyun olduqda gərgin, qarşılıqlı mübarizə şəraitində keçdi. İlk oyunda 2:1 hesablı qələbə qazanmağımıza baxmayaraq oyunun gərgin keçəcəyi gözlənilirdi. Qarşılaşmaya olduqca ciddi hazırlaşmışdıq. Qələbənin önəmli olduğunu bildirdik. Şükürlər olsun ki, istəyimizə nail olduq və finala vəsiqə qazandıq".

Bayramov komandanın ilkin hədəfinə çatdığını qeyd etdi:

"Mövsümün başlanğıcında qarşımıza qoyduğumuz hədəflərdən biri ölkə kubokunda finala çıxmaq və çempion olmaq idi. İlkin hədəfə nail olduq. İndi bizi qarşıda Premyer Liqanın 5 vacib oyunu gözləyir. İnşallah, bu oyunlara köklənmişik. Mövqeyimizi qoruyub saxlamağı hədəfləyirik. İkinci yeri təmin etdikdən sonra kubokun finalına hazırlaşacağıq".

Yarımmüdafiəçi növbəti turda "Araz Naxçıvan"la oyun haqda düşüncələrini dedi:

"Ümumiyyətlə, qarşıdakı hər oyun bizim üçün olduqca vacibdir. Maksimum nəticə toplamaq niyyətindəyik. İnşallah, "Araz-Naxçıvan"la da oyuna qələbə üçün çıxacağıq".

O, çıxışından tam razı olmadığını söylədi:

"Ötən mövsümə baxdıqda bu il çıxışımdan tam razı deyiləm. Növbəti oyunlarda maksimum performans göstərməyə çalışacam. Komandama bacardığım qədər çox fayda vermək istəyirəm".

Məlik Məlikov
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla