AZ

Tarixi nailiyyət: Azərbaycan cüdosunda yeni rekord

Hidayət Heydərov (73 kq) Azərbaycan cüdosunda yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, 4-cü dəfə Avropa çempionu tiltuluna yiyələnib.

Hidayət Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən növbəti Avropa çempionatında bütün rəqiblərindən güclü olub. İlk dəfə 2017-ci ildə Varşavada qitə çempionu olan Heydərov son 3 turnirdə də fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Zaqrebdən əvvəl o, Sofiya (2022) və Monpelye (2023) yarışlarında 1-ci yeri tutub.

Qeyd edək ki, Elçin İsmayılovin hesabında 3 dəfə qitə çempionu titulu var.

İdman.biz

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla