AZ

Hidayət Heydərov 4 qat Avropa çempionu oldu!

Xorvatiyada keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov möhtəşəm qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.

Arena.az xəbər verir ki, -73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.

Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Xatırladaq ki, Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə də böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanmışdı. Bununla da millimizin lideri Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

Bu gün mübarizə aparan digər təmsilçilərimiz – Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) Avropa çempionatının gümüş medalına yiyələnmişdi.

Zaqreb şəhərində təşkil olunmuş Avropa çempionatına aprelin 27-də yekun vurulacaq. Azərbaycan yığma komandası bu yarışda 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur. Sabah Azərbaycan yığmasının daha üç cüdoçusu mübarizəyə qoşulacaq:

-90 kq

Murad Fətiyev – Yamal Petqrave (Böyük Britaniya)

Elcan Hacıyev – Kornelyus Eylertsen (Norveç)/Yosip Buliç (Xorvatiya) görüşünün qalibi

-100 kq
Zelim Kotsoyev – Adnan Xankan (BCF Qaçqınlar Komandası)

Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla