AZ

“Audi” ilk pilotunun adını elan etdi

“Audi” komandası Niko Hülkenberqlə uzunmüddətli müqavilə imzaladığını bəyan edib. Alman pilot mövsümün sonunda “Haas” komandasını tərk edəcək. Gələn ili o, “Kik Zauber”də keçirəcək.

Xatırladaq ki, “Audi” “Kik Zauber”in tam səhmlər paketinə sahib çıxıb. Alman konserni 2026-cı ildən Formula 1 çempionatına qatılacaq.

“Kik Zauber”də öz işindən başqa , Niko Hülkenberq yeni bolidin hazırlanma prosesində də iştirak etməlidir.

Bu mövsüm Hülkenberq pilotların yarışında 13-cü pillədədir. Onun aktivində 4 xal var. “Kik Zauber” isə xal toplamayaraq komandaların sıralamasında sonuncu pillədədir.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla