AZ

İlham Əliyev Azərbaycan – Ermənistan danışıqlarının yeni ünvanını açıqladı

Bu gün Berlində Almaniya kansleri ilə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev İrəvan və Bakı arasında aparılan sülh danışıqları ilə bağlı məsələyə də toxunub.

Herbiand.az xəbər verir ki, Prezident İlham Əliyev Almaniya kanslerinə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarına ev sahibliyi etdiyi üçün rəsmi Berlinə təşəkkürünü bildirib. Bundan sonra o, xarici işlər nazirlərinin danışıqlarının növbəti mərhələsinin Qazaxstanda keçiriləcəyini bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Ermənistanda səfərdə olarkən Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyi etmək təklifini vermişdi.

Herbiand.az

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla