AZ

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında XVIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Sərhədçi" və "Neftçi" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 73:69.

"Sərhədçi" məğlub olmasına baxmayaraq, "Neftçi" kimi pley-offda mübarizə aparacaq.

Turun daha əvvəl keçirilən oyunlarında "Sabah" "Xəzri"ni 77:65, "Xırdalan" "Sərhədçi"ni 90:84 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər görüşləri aprelin 27-28-də olacaq.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla