AZ

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

“Bayern” azarkeşlərinin atdığı addım Tomas Tuhelin fikrini dəyişməyəcək. Münhenlilərin baş məşqçisi klub tərəfdarlarının onun qalması üçün 10 min nəfərin imzası ilə rəhbərliyə etdiyi müracəti xoş qarşılasa da, qalmaq niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə Almaniya mətbuatına danışıb: “İnsanların burada qalmağım üçün nələrsə etməsi çox xoşdur. Ancaq bu, heç nəyi dəyişməyəcək. Mövsümün son matçlarına köklənməliyik”.

Xatırladaq ki, Tuhelin bir illik müqaviləsi qalmasına baxmayaraq, mövsümün sonunda “Bayern”dən ayrılacağı dəqiqləşib. O və klub rəhbərliyi anlaşmanın ləğvi ilə bağlı qarşılıqlı razılıq əldə edib. Azarkeşlər isə Münhen klubunun baş məşqçi postuna yeni namizədləri bəyənmədiyi üçün, yeni birindənsə Tomasın qalmasını istəyir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla