AZ

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

BiG.AZ xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.

Flor bu vəziyyəti həmsöhbətlərinə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib və hansı ölkədən olmasından asılı olmayaraq Almaniyada casusluq fəaliyyətinə dözmədiklərini vurğulayıb.

Aprelin 22-23-də Almaniyada Çin xüsusi xidmətinə casusluqda ittiham olunan 4 alman saxlanılıb.


BiG.Az
Seçilən
81
Mənbələr
Şərh ()
Bağla