AZ

Sahibkarların DİQQƏTİNƏ! - Yalnış reklam siyasəti onların başını dərdə sala bilərVİDEO

''Ən ucuz market'', ''Ən ucuz ticarət mərkəzi'', ''Ən keyfiyyətli məhsul'', ''Bir nömrəli'' xidmət obyekti…

Xezerxeber.az xəbər verir ki, həm paytaxt Bakıda, həm də rayonlarda bu kimi əsası olmayan yüzlərlə reklamlara rast gəlmək mümkündür. Xüsusilə, iri supermarketlərin yaxınlığında ən ucuz market adı ilə açılan obyektlər də az deyil.

Kimi satdığı məhsulu ən keyfiyyətli, kimi açdığı marketi ən ucuz, kimi isə xidmət göstərdiyi obyekti bir nömrə kimi qələmə verir. Qanun isə əsası olmayan bu cür reklamları qadağan edir. Çünkü, belə reklamlar bəzi hallarda rəqibləri nüfuzdan sala, müştərilərin çaşdıra və aldada bilər.

Marketinq və reklam üzrə mütəxəssis Sabit Məmmədov deyir ki, qanunda digər bazar iştirakçıları ilə müqaisə aparmaqla özünü ön plana çəkən və ona qarşı mənfi, özünə qarşı müsbət imic formalaşdırmağa yönələn reklamlara icazə verilmir. ''Ən keyfiyyətli'', ''ən ucuz'' kimi sözlərdən istifadə etmək üçün konkret qanunun tələbləri var.

Reklam haqqında qanunvericliyin pozulmasına görə həm inzibati, həm mülki, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Əgər pozuntu inzibati məsuliyyət daşısa, bu əmələ görə yuxarı həddi 40.000 manat olmaqla cərimə nəzərdə tutulur.

Mütəxəssis Sabit Məmmədov isə qeyd etdi ki, bütün hallarda reklam xidməti ilə məşğul olan şirkətlər peşəkarlıq səviyyələrini günü-gündən artırmalı, sahibkarların sanksiyalarla üz-üzə qalmaması üçün addımlar atmalıdırlar

O da bildirildi ki, bəzən haqsız reklam iri şirkətləri milyonlarla manat sanskiya ilə üz-üzə qoya bilir. Təcrübədə Azərbaycanda haqsız rəqabətə yol verdiyi üçün 2 milyon manatdan artıq cərimə edilənlər var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla