AZ

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Konqresinin qəbul etdiyi qadağa qərarından sonra Çinin “ByteDance” şirkəti “TikTok”u satmağı planlaşdırmadığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, Pekində yerləşən şirkət tərəfindən “TikTok”un satılması ilə bağlı planlarının olmadığı bildirilib. 

ABŞ Konqresinin yuxarı palatası olan Senat aprelin 23-də keçirilən iclasda “TikTok”un satılmayacağı təqdirdə ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq hərbi yardım paketi ilə bağlı səsverməyə çıxarılan qanun layihəsi 18 əleyhinə 78 səslə qəbul edilib. ABŞ prezidenti Co Baydenin imzaladığı qərara əsasən “ByteDance”a “TikTok”u satmaq üçün doqquz ay vaxt verilib. “TikTok”un CEO-su Şou Zi Çev çərşənbə günü verdiyi açıqlamada, qərardan məhkəməyə şikayət edib etirazlarını bildirəcəklərini söyləyib. ABŞ-da yerləşən “The Information” saytının dünənki xəbərində “ByteDance”ın texnologiya sektorundan kənarda fəaliyyət göstərən Amerika şirkətlərinə “TikTok”u satmağı planlaşdırdığı iddia edilib. 

Fransız xəbər agentliyi AFP-də yazılanlara görə, 2020-ci ildən Pekin administrasiyası tərəfindən qorunan “TikTok” Çinin icazəsi olmadan satıla bilməyəcək. 

Vaşinqton “ByteDance”ın proqram vasitəsilə məlumat topladığını və Pekinin “TikTok”dan təbliğat məqsədləri üçün istifadə etdiyini açıqlayıb. Ancaq şirkət dəfələrlə iddiaları təkzib edib. 

“X”in baş direktoru İlon Mask aprelin 19-da etdiyi paylaşımda ABŞ administrasiyasının TikTok-a qadağa qoymamalı olduğunu söyləmişdi.

Elmir
 

Seçilən
110
24
Mənbələr
Şərh ()
Bağla