AZ

Trampla debatlarda iştirak etməyə hazıram - Bayden

ABŞ prezidenti Co Bayden rəqibi, Ağ Evin keçmiş sahibi Donald Trampla debatda iştirak etməyə hazır olduğunu bildirib. 

Unikal” xəbər verir ki, o, bunu Sirius XM radiosu üçün jurnalist Hovard Sternlə müsahibəsində deyib.

"Bilmirəm nə vaxt... Mən onunla mübahisə etməkdən həyəcanlanıram" deyə Bayden bildirib. 

Qeyd edək ki, respublikaçıların ən çox ehtimal olunan namizədi Donald Tramp dəfələrlə Baydeni debatda onunla görüşməyə çağıraraq, Amerika liderinin koqnitiv problemləri olduğunu nümayiş etdirə biləcəyini təkid edib.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla