AZ

Nikita Simonov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan idman gimnastı Nikita Simonov Avropa çempionatında fəxri kürsüdə yer alıb.

İdman.biz xəbər verir ki, o, İtaliyanın Rimini şəhərində 36-cı dəfə təşkil olunan turnirdə gümüş medal qazandırıb.

Halqalarda çıxış edən Nikita 14,900 bal toplayıb. Bu nəticə Simonova karyerasında ilk Avropa medalı qazandırıb. Yunan Petrunas Eleftrunas 1-ci, türkiyəli Adil Asil 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında aprelin 28-də yekun vurulacaq.

İdman.biz

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla