AZ

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu gün Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Kelini Rusiyanın Böyük Britaniyada təşkil etdiyi zərərli fəaliyyət iddiaları ilə bağlı çağırıb”, - sənəddə deyilir.

Aprelin 26-da London polisi Rusiya ilə bağlı milli təhlükəsizliyə təhdidlə əlaqədar cinayət işində iştirak edən beş nəfəri ittiham edib.

www.anews.az
Seçilən
47
4
Mənbələr
Şərh ()
Bağla