AZ

 Ukrayna üçün 6 milyard dollar dəyərində silah sifariş veriləcək - Pentaqon rəhbəri 

Pentaqon rəhbəri Lloyd Austin Ukrayna üçün 6 milyard dollar dəyərində silah sifarişi veriləcəyini bildirib.

"Unikal xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən həm də bu gün Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsümüz (USAI) vasitəsilə əlavə 6 milyard dollar maliyyələşdirməni elan etməkdən məmnunam ki, bu da bizə Amerika sənayesindən Ukrayna üçün yeni imkanlar əldə etməyə imkan verəcək”, - deyə Ostin bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri yeni briqadalar formalaşdırır, lakin Qərbin silah və texnikası təchizatına ehtiyac duyur. 

Prezidentin sözlərinə görə, ilk növbədə Kiyevə uzaqmənzilli raketlər, F-16 qırıcı-bombardmançı təyyarələri və onlar üçün ən azı yeddi “Patriot” hava hücumundan müdafiə sistemi və raketləri lazımdır.

Ukraynaya hərbi yardım üzrə təmas qrupunun onlayn iclasından əvvəl Ostin bildirib ki, bu il Qərb müttəfiqlərindən Ukraynaya F-16-ların tədarükü başlayacaq.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla