AZ

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Ağdam, 26 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Olimpiya İdman Kompleksində Qarabağ Regional Məşğulluq filialının, Ağdam Rayon İcra Hakimiyyətinin və işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. Yarmarkada işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 222 vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. Onlar arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də var. Həmçinin tədbirdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla