AZ

Başqa çıxış yolumuz yoxdur - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla bəzi ərazilərdə sərhədin delimitasiyası prosesindən danışıb.

Publika.az xəbər verir ki, Paşinyan hakim "Mülki müqavilə” partiyasının üzvləri ilə görüşündə bu məsələyə də toxunub.

"Bu, çox mürəkkəb məsələdir, amma indi hansısa kənd, yol və ya ev məsələsi deyil, yaxın onilliklər üçün Ermənistan məsələsi həll olunur: "Biz bu məsələni həll edəcəyik. Başqa çıxış yolumuz yoxdur, çünki bu, bizim, "Mülki Müqavilə” partiyasının missiyasıdır”, - deyə Paşinyan vurğulayıb.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla