AZ

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş sərgi hazırlayıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Zərifə xanım Əliyevanın müəllifi olduğu “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Oftalmologiyanın aktual problemləri” məqalələr toplusu və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri və digər dəyərli nəşrlər nümayiş olunur.

Kitablarda Zərifə Əziz qızı Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri yer alıb. Sərgilənən nəşrlərdə Azərbaycan tibb elminə parlaq iz qoymuş alimin həyatının əsas tarixləri əksini tapıb.

Seçilən
98
3
Mənbələr
Şərh ()
Bağla