AZ

Ərdoğanın ABŞ-yə səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərinin təxirə salındığı rəsmən təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mayın 9-da planlaşdırılan səfər proqramdakı uyğunsuzluqlar səbəbindən təxirə salınıb və Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun hər iki tərəf üçün əlverişli olan tarixdə reallaşacağı bildirilib.

Qeyd edək ki, daha öncə “Blumberq” agentliyi səfərin təxirə salındığı barədə məlumat dərc edib./Axar.az/

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla