AZ

“Qalatasaray”dan ardıcıl 15-ci qələbə

Türkiyə Süper Liqasında 34-cü tura start verilib.

İdmanxeber.az məlumat verir ki, turun açılış oyununda Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” lider “Qalatasaray”ı qəbul edib. Görüşün ilk hissəsində tərəflər hesabı aça bilməyib.

İkinci hissədə “Qalatasaray” Şahruddin qoruduğu qapıya 3 dəfə yol tapa bilib. Görüş “sarı-qırmızılar”ın 0:3 hesablı qələbəsiylə başa çatıb.

Ş. Məhəmmədəliyev 90 dəqiqədə meydanda qalıb.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla