AZ

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Peter

Bakı, 27 aprel, AZƏRTAC

Macarıstan hökuməti Avropa İttifaqı rəhbərliyinin təzyiqlərinə baxmayaraq, bir sıra beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlərdə müstəqil mövqeyini qoruyacaq.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Peter Siyarto Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, son 14 il ərzində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Qərb ölkələrində hakimiyyətdə olan “əsas liberal cərəyan” tərəfindən davamlı hücuma məruz qalıb. Buna baxmayaraq, o, öz fikirlərindən əl çəkmək niyyətində deyil.

“Biz təslim olmamışıq və son iki il ərzində sülhün tərəfdarı (Ukraynada – red.) olmaqda davam etmişik. Biz öz mövqeyimizdən əl çəkməmişik, sülh həyatları xilas edə və gələcək dağıntıların qarşısını ala bilər. Silah tədarükü yalnız müharibəni uzadır və yeni qurbanlara gətirib çıxarır”, - XİN rəhbəri bildirib.

“Biz sanksiyaların mənasız olması mövqeyimizdən əl çəkməmişik, çünki onlar Avropa xalqlarına daha böyük ziyan vurur”, - deyə Siyarto Rusiyaya qarşı növbəti - 14-cü sanksiyalar paketinin də öz məqsədinə çatmayacağına əminliyini ifadə edib.

Nazir Rusiyadan Macarıstana neft və qazın tədarükü ilə bağlı uzunmüddətli sazişlərə toxunaraq deyib: “Biz enerji təchizatının siyasi deyil, fiziki məsələ olduğuna dair fikrimizdən də daşınmamışıq”.

Seçilən
136
1
Mənbələr
Şərh ()
Bağla