AZ

Yəmən sahillərində mülki gəmi raket hücumu nəticəsində zərər çəkib

Yəmən sahillərində, Bab əl-Məndəb boğazında mülki gəmi məruz qaldığı raket hücumu nəticəsində zədələnib.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (United Kingdom Maritime Trade Operations, UKMTO) Dəniz Ticarət daşımalarının koordinasiyası mərkəzi xəbər yayıb.

Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə, krallığın əvvəllər Panama bayrağı altında üzən şirkətinə məxsus tanker Primorskdan Vadinara gedərkən hücuma məruz qalıb. Şirkət gəminin adını açıqlamayıb, lakin onun sahibinin Seyşel adalarında qeydiyyatdan keçmiş şirkət olduğunu və gəminin özünün “Rusiya ilə əlaqəli ticarət” üçün istifadə olunduğunu qeyd edib.

"Gəminin kapitanı iki hücum barədə məlumat verib. Birincisi, gəmidən bir qədər aralıda partlayışla nəticələnib və bunu göyərtədəki ekipaj hiss etdi. Gəmiyə ikinci hücum, görünür, iki raketlə həyata keçirilib. Gəmi zədələnib. Hadisənin səbəbləri araşdırılır”, - məlumatda bildirilir.

Hücum Yəmənin Əl-Muxa şəhərindən 14 dəniz mili cənub-qərbdə baş verib.

Seçilən
126
2
Mənbələr
Şərh ()
Bağla