AZ

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Ekvadorda

Bakı, 27 aprel, AZƏRTAC

Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb.

"Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - bəyanatda deyilir.

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.

Seçilən
120
12
Mənbələr
Şərh ()
Bağla