AZ

KİV: ABŞ noyabrdan Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib

ABŞ ordusu 2023-cü ilin noyabrından bu günədək Yəməndə üç ədəd “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib.

"Report"un məlumatına görə, bu barədə CBS telekanalı mənbələrə istinadən xəbər yayıb.

ABŞ rəsmisi bildirib ki, üç pilotsuz təyyarədən sonuncusu bu həftə Yəmən sahillərində qəzaya uğrayıb. Qəzanın səbəbləri hələ də araşdırılır, lakin Amerika tərəfi onun Yəmən husi üsyançıları tərəfindən vurula biləcəyini istisna etmir.

Daha iki “MQ-9 Reaper” noyabr və dekabr aylarında itirilib. ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, hər cihazın qiyməti təxminən 30 milyon dollar qiymətləndirilir.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla