AZ

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

Publika.az xəbər verir ki, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.

Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev Xezerxeber.az-a bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:

“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.

Seçilən
41
12
Mənbələr
Şərh ()
Bağla