AZ

Arda Gülər ​​tarix yazdı

Arda Gülər Real Sociedad-Real Madrid matçına ilk 11-də başlayıb.

News24.az xəbər verir ki, Ardanın meydana çıxdığı qarşılaşma saat 22.00-da başlayıb.

15-ci dəqiqədə sarı vərəqə alan Arda Gülər 29-cu dəqiqədə komandasını 1-0 önə çıxaran qola imza atıb.

Milli futbolçu 68-ci dəqiqədə Vinisius Juniorla əvəzlənib.

İspan mətbuatı saytlarında matçla bağlı şərhlərində “Arda Gülər “Real Madrid”i dəstəkləyir”, “Arda Madridin ən yaxşısıdır”, “Madridin vəd edən türkü özünü göstərdi” ifadələrini işlədib.

Qeyd edək ki, Arda Gülər matçda vurduğu qolla Real Madrid tarixinə düşüb. Opta məlumatlarına görə, milli futbolçu 21-ci əsrdə Real Madrid ilə La Liqanın ilk 11-lik matçında qol vuran ikinci ən gənc oyunçu olub.

Günel Məlikzadə


Seçilən
15
41
Mənbələr
Şərh ()
Bağla