AZ

Tramp Baydeni üstələyir - Yeni sorğu

ABŞ vətəndaşlarının əksəriyyəti keçmiş lider Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyinə inanır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rasmussen Reрorts" tədqiqat mərkəzinin dərc etdiyi sosioloji sorğunun nəticələrində deyilir.

Belə ki, sorğu iştirakçılarının 56%-i Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenə qalib gəlmə ehtimalının olduğunu bildirib.

Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma aprelin 11, 14 və 15-də aparılıb. Sorğuda mindən çox insan iştirak edib və onlar 2024-cü ildə keçiriləcək prezident seçkilərində səs vermək niyyətindədirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
6
6
Mənbələr
Şərh ()
Bağla