AZ

Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli xəbər verib.
Bildirilib ki, səfər hər iki tərəf üçün əlverişli vaxtda baş tutacaq.
“Prezidentimizin ABŞ-yə mayın 9-na planlaşdırılan səfəri qrafik uyğun olması səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salındı. Səfərin hazırlanması məqsədilə Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoq davam etdiriləcək”, – diplomat bildirib.

Seçilən
112
10
Mənbələr
Şərh ()
Bağla