AZ

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının İtaliyada keçiriləcək sammitində iştirak edəcək.

Publika.az xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Roma Papasının G7 Sammitinin süni intellektlə bağlı sessiyasında iştirak edəcəyini bildirib.

Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib. O, pontifikin sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.

Seçilən
54
8
Mənbələr
Şərh ()
Bağla