AZ

Gənclərə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 26 aprel 2024-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında narkomaniya və digər zərərli vərdişlərin təhlükəli təsirlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. 

 

İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, mərkəzin şöbə müdirinin müavini, həkim Ülkər Camalova təqdimatla çıxış edərək sağlam həyat tərzi barədə ətraflı məlumat verib. O, iştirakçıları zərərli vərdişlərin mənfi təsirləri və təhlükəli fəsadları barədə geniş məlumatlandırıb.

 

Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, iştirakçıları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.

 

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla