AZ

Ər-Riyadda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları və qızıl yubileyi keçirilir (FOTO)

Ər-Riyad. Trend:

Aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İkiMüqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman binƏbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun(İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

Trend bu barədə tədbirin keçirildiyi yerdən xəbər verir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyərverib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik vəfiravanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığıçərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızılyubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir.İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar vəözəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə birsıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri iştirakedəcəklər.

Görüşlər İİB-ə üzv ölkələr arasında iqtisadi əlaqələrinmöhkəmləndirilməsi və iştirakçı maliyyə institutları iləəməkdaşlığı maksimum dərəcədə artırmaq yollarını araşdırmaq imkanıverəcək.

İİB-in illik toplantıları zamanı Bankın qızıl yubileyi də qeydolunur. Bu tarixi görüş zamanı bir sıra forumlar və seminarlar, ocümlədən Menecerlərin dəyirmi masası, İslam Maliyyəsi üzrə 18-ciİİB Qlobal Forumu, İİB Qrupunun Özəl Sektor Forumu, ƏrəbKoordinasiya Qrupunun Forumu, İslam Ölkələri MəsləhətçilərFederasiyasının (FCIC) Baş Assambleyası keçiriləcək.

Dünyanın əsas reytinq agentlikləri tərəfindən AAA olaraqqiymətləndirilən İslam İnkişaf Bankı Qlobal Cənub üçün qabaqcılçoxtərəfli inkişaf bankıdır. İslam maliyyəsi prinsiplərini rəhbərtutan Bankın dörd qitədə 57 üzv ölkəsi var. Onun missiyasıinsanlara öz potensiallarını reallaşdırmağa imkan verəninfrastruktur yaratmaqla genişmiqyaslı iqtisadi və sosial tərəqqiyənail olmaq üçün onlara səlahiyyət verməkdir. Qərargahı SəudiyyəƏrəbistanı Krallığının Ciddə şəhərində yerləşən İİB-in 11 üzvölkədə regional mərkəzləri var. Ötən illər ərzində Bank vahidstrukturdan beş təşkilatdan ibarət Qrupa çevrilmişdir: İslamİnkişaf Bankı (IsDB), İslam İnkişaf Bankı İnstitutu (IsDBI), İslamİnvestisiya və İxrac Kredit Sığortası Korporasiyası (ICIEC), ÖzəlSektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalqİslam Ticarət və Maliyyə Korporasiyası (ITFC).

Azərbaycanla əməkdaşlıq

Azərbaycanın 1992-ci ildə üzvlüyündən bəri İİB əsasən enerji, suvə kanalizasiya və şəhər xidmətləri sahələrində iqtisadi və sosialinfrastruktur layihələrini təsdiqləyib və maliyyəyə çıxışıyaxşılaşdırıb. Xüsusilə, Bankın maliyyələşdirilməsi ölkəyəaşağıdakı sosial-iqtisadi nəticələrə nail olmağa kömək edib.

Enerji sektorunda 1060 MVt elektrik enerjisi istehsal gücünə və230 MVt bərpa olunan enerji gücünə nail olunub. Bundan əlavə, 287kilometr elektrik ötürücü və paylayıcı xətlər çəkilmiş, 400yarımstansiya quraşdırılmış və ya təkmilləşdirilmiş, bu da millienerji təhlükəsizliyinin yaxşılaşdırılmasına və ixracın artmasınasəbəb olub.

Su təchizatı və kanalizasiya sektorunda kənd icmalarında 100-dənçox kiçik içməli su paylayıcı şəbəkə tikilmiş və ya bərpaedilmişdir ki, bu şəbəkələr Azərbaycanın dörd rayonunda 75 000nəfəri təmiz içməli su və əsas kanalizasiya xidmətləri ilə təminedir.

Kənd təsərrüfatı sahəsində 85 min hektara yaxın əkin sahəsisuvarılmış, fermerlərə müasir kənd təsərrüfatı texnikasıverilmişdir.

Maliyyə sektorunda COVID-19 pandemiyasının təsirinə məruz qalmışözəl sektor bizneslərinə, o cümlədən kiçik və orta müəssisələrə 10milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

2024-cü il yanvarın sonunda İİB və Azərbaycanın İqtisadiyyatNazirliyi arasında 2024-2026-cı illər üçün Azərbaycan üzrəQarşılıqlı Əlaqələr Çərçivə Proqramı (CEF) üçün əməkdaşlıqçərçivəsini yaradan Anlaşma Memorandumu imzalanıb.

CEF İİB Qrupu ilə Azərbaycan arasında əməkdaşlığıgenişləndirmək, potensial əməkdaşlıq sahələrini genişləndirmək vəölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə Bankındəstəyini gücləndirmək məqsədi daşıyır.

Azərbaycan üçün İİB-in CEF-i üç sütuna əsaslanacaq, yəni: 1)ekoloji cəhətdən təmiz, dayanıqlı infrastrukturun inkişafı, ocümlədən Qarabağda yenidənqurma işlərinə dəstək, bərpa olunanenerji, regional əlaqə və karbohidrogen ehtiyatlarının davamlıistehsalı; 2) özəl sektorun inkişafı, kənd təsərrüfatının ixracı vəinnovasiyası və "halal" ekosistemi daxil olmaqlarəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyatda məhsuldarlığaəsaslanan artımın dəstəklənməsi və 3) rəqəmsal transformasiya,İslam maliyyəsi, Cənub-Cənub əməkdaşlığı kimi kəsişən sahələr vəpotensialın inkişafı.

X: @Lyaman_Zeyn

Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Ər-Riyadda
Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla