AZ

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətini azad etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

İran Portuqaliya bayrağı altında üzən gəminin ekipaj heyətininazad edilməsini həmin heyətin tabe olduğu ölkələrin səfirlik vəkonsulluqlarına elan edib.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri HüseynƏmir Abdullahian portuqaliyalı həmkarı Paulo Rangellə telefonsöhbətində deyib.

İranlı nazir qeyd edib ki, humanizm prinsipi olaraq ekipajheyətinin azad edilməsi bizim diqqət mərkəzimizdədir.

Əmir Abdullahian bildirib ki, İran Portuqaliya ilə ikitərəfli vəuzun keçmişə malik əlaqələrin inkişaf etdirilməsindəmaraqlıdır.

Qeyd edək ki, 13 apreldə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) Fars körfəzində Hörmüz boğazı yaxınlığında “MCS Aries” adlıkonteyner daşıyan gəmini ələ keçirib. Portuqaliya bayrağı altındaüzən gəminin israilli investor Eyal Oferə məxsus Zodiac şirkətitərəfindən idarə olunduğu bildirilir.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla