“Tac da aksesuarlarımdan biridir. Geyimimə yaraşdı. Mən tacla doğulmuşam. İlhamə xanımın sağlığında da mən tacdan istifadə edirdim”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan tez-tez istifadə etdiyi taclardan danışıb. O uzun müddət küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan da söz açıb:
“O da taclara görə mənə qarşı çıxdı. İlhamə xanımln yerində heç kəs otura bilməz. O hər zaman yaşayacaq. Baxmayaraq ki, ondan yaşca balacayam. Arzu edirəm ki, sənətdə Elza kimi hər zaman qalım”.