AZ

Xankəndidə xeyli sila-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
62
17
Mənbələr
Şərh ()
Bağla