AZ

Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb

"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem dünyanın ən məşhur futbolçularından biridir. Buna görə də zərif cinsin bir çox nümayəndələrinin ona maraq göstərməsi təbiidir.

Bir müddət əvvəl "The Sun" Cudun meydandan kənarda yeni uğuru haqqında məlumat yayıb. Onun 25 yaşlı niderlandlı model Laura Seliey Valk ilə görüşdüyü bildirilib.

Yarımmüdafiəçi sarışın gözəli dəfələrlə görüşlərə, İspaniyadakı evinə dəvət edib.

Mənbə "The Sun"a deyib: "Laura kifayət qədər açıq idi. Bütün vizajistlərə münasibətləri haqqında danışırdı. Günün sonunda çəkiliş meydançasında olanlardan demək olar ki, hər kəs bu barədə məlumatlı idi. O, son bir neçə həftəsonu Madriddə Bellinqemi ziyarət edib və tamamilə ovsunlanıb".

Laura influenserdir. Sosial şəbəkələrdə çoxlu sayda izləyici toplamağı bacarıb. O, həmçinin öz konsaltinq agentliyinə malikdir və Amsterdam Tətbiqi Elmlər Universitetində biznes təhsili alıb.

Niderlandlı model bir neçə dəfə, o cümlədən martın 31-də "Atletik Bilbao" ilə son matçda "Santyaqo Bernabeu"nun tribunasından ingilis yarımmüdafiəçiyə dəstək olub.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla