AZ

Daha bir həkim Samux Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb 

Həkim-mama-ginekoloq Məhsəti Məmmədova Samux Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb.
 
Samux RMX-dan Aztibb.az-a verilən məlumata görə, Məmmədova Məhsəti Zakir qızı 1978-ci ildə Gəncə şəhərində anadan olub. 1995-2001-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitinin Müalicə işi fakültəsində ali təhsil alıb. 2001-2002-ci illərdə Gəncə şəhərində internatura keçib.
 
O, 2002-2004-cü illərdə Gəncə şəhəri Doğum evində, 2004-2009-cu illərdə Gəncə şəhəri Baza Qadın məsləhətxanasında, 2009-2017-ci illərdə Bakı şəhər Dəmir Yol xəstəxanasında, 2017-2024-cü illərdə özəl klinikalarda həkim-mama-ginekoloq kimi fəaliyyət göstərib.
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla