AZ

Ötən gün 82 cinayətin üstü açıldı

Aprelin 26-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmin gün narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Seçilən
96
30
Mənbələr
Şərh ()
Bağla