AZ

ABŞ yeni “Qiyamət günü təyyarəsi” hazırlayır- 13 milyard xərcləyəcək

ABŞ Hərbi Hava Qüvvələri “Qiyamət günü təyyarəsi” kimi tanınan “E-4 Nightwatch”u əvəz edəcək yeni təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, müqavilə təyyarə istehsalçısı “Sierra Nevada Corporation” ilə bağlanıb.
Hava-Dəniz Əməliyyatlarına Nəzarət Mərkəzi layihəsi üzərində iş Kolorado, Nevada və Ohayo ştatlarında aparılacaq, onların tamamlanması 2036-cı ilə planlaşdırılır.
Boeing “E-4 Nightwatch” təyyarəsi bir həftəyə qədər uçuşda qala bilər. Təyyarədə olan bütün avadanlıqlar nüvə partlayışının zərərli amillərindən qorunur. Bu təyyarənin köməyi ilə ABŞ komandanlığı strateji və qeyri-strateji silahlarla əlaqə saxlaya bilir. “E-4 Nightwatch” modernləşdirilmiş “Boeing 747 200″dür və 2030-cu ilə qədər köhnəlmiş hesab olunacaq. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində bu təyyarələrdən dördü var.
Azpost.info

Seçilən
68
8
Mənbələr
Şərh ()
Bağla