AZ

Rusiya məhkəməsi Forbes jurnalının müxbirinə bu cəzanı verdi

Rusiya məhkəməsi “Forbes” jurnalının rus nəşrində çalışan jurnalist Sergey Mingazovun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

News24.az xəbər verir ki, “Forbes” jurnalının açıqlamasına görə, Mingəzov Rusiya ordusu haqqında yalan xəbərlər yaymaqda şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, Mingəzovun saxlanma qərarı onun müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması olub.

Onu da bildirək ki, Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslərin uzunmüddətli həbs cəzalarını nəzərdə tutur.

Günel Məlikzadə

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla