AZ

Almaniya qran-prisi təqvimə qayıda bilər

Almaniyanın Hokkenhaym şəhərində yerləşən avtodromun sahibləri dəyişib. “Emodrom Group” avtodromun səhmlərinin 75%-ni alıb. Buna görə onlar şəhər rəhbərliyinə 6 milyon avro ödəyiblər. Bundan başqa, avtodromun 20 milyon avroluq borcunu da yeni sahiblər ödəyəcəklər.

Alqıda şəhərdə yerləşən 5 orta güclü investor iştirak edib. Məhz onlar birləşərək trassı ələ keçiriblər. Yeni investorların əsas məqsədi Formula 1-in təqviminə düşmək və yenidən Almaniyada yarış keçirməkdir.

“Emodrom Group” qarşıdakı 5-10 il ərzində avtodromun rekonstruksiyasına 300 milyon sərmayə qoymağı planlaşdırır. Ərazidə yeni hotellər tikiləcək və yeni işçi yerləri açılacaq.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla