AZ

“Qarabağ”ın bütün bu uğurunun qarşılığında..." - Şahruddin Azərbaycan futbolu haqda nə dedi?

Son vaxtlar Şahruddinin buraxdığı toplar, kobud səhvlər türkiyəli azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Xatırladım ki, onun ötən “futbol ili”ndə “Qarabağ”ın heyətində eyni səhvləri də azarkeşlər tərəfindən qınanılmasına, yekunda komandadan getməsinə gətirib çıxarmışdı.

Şahruddinlə bəzi suallar ətrafında söhbətləşə bildik.

- Əvvəlcə deyərdin, komandada vəziyyət necədi?
- Hər şey yaxşıdı. Oyunlarımızı oynayırıq, mən də əlimdən gələni edirəm. Artıq mövsümün sonuna yaxınlaşırıq. Əsas odu ki, zədə yoxdu.

- “Adana Dəmirspor”un avrokubok şansını necə dəyərləndirirsən, komandanın əsas hədəfi nədi?
- Əsas vəzifə hər oyunda xal toplamaqdı. Klubun indi avrokuboklara düşmək kimi hədəfi yoxdu.

- Mövsümün əvvəlində ilk “10-luq”da olan komanda indi niyə belə çıxış edir? Səbəbi nədə görürsən?
- Bura gələndən sonra komandada çox dəyişikliklər oldu, məncə, hamı nə demək istədiyimi anlayar. Bu haqda danışmaq istəmirəm.

- Türkiyə çempionatı Azərbaycan çempionatından nə ilə fərqlənir?
- Türkiyədə adamlar futbolu çox sevir. Burda hər nəsil, hətta yaşlılar futbola baxmağa gəlir. Bu onlar üçün həyat tərzidi. Azərbaycanda indi futbolu inkişaf etdirmək üçün əla vaxtdı. Amma uşaqların həvəsi sanki azdı. Mən özüm balacalıqdan futbolu çox sevirdim və futbolçu olmaq, kiməsə oxşamaq istəyirdim. “Qarabağ”ın bütün bu uğurunun qarşılığında akademiyalar yaratmaq, uşaqlar üçün stadionlar tikmək lazımdı.

- “Qarabağ”ın oyunlarını izləyirsən? Bu gün “Neftçi” ilə kubok oyununa baxacaqsan?
- Bəli, izləyirəm. Çempionatın bəzi, kubokun da bütün oyunlarına baxmışam. Çünki tez-tez olmur. İndi məşqlə bağlı baxa bilməyəcəm.

- “Qarabağ”ın mükafatlandırılma mərasiminə gələcəksənmi?Ümumiyyətlə, Azərbaycana nə vaxt gəlməyi planlayırsamn?
- Təəssüf ki, yox. Mayın 26-na kimi burda oyunlarımız var. Amma ilk fürsətdə ailəmlə Bakıya gələcəm.

- Son turlarda səni tənqid edənlər olsa da, tərifləyənlər də az deyil. Belə durum psixoloji cəhətdən necə təsir edir?
- Tənqidlə tərifə bərabər yanaşmaq lazımdı. Onda psixoloji cəhətdən də hər şey yaxşı olacaq.

- Gələcəkdə Azərbaycana qayıtmaq istərdinmi?
- Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Çünki orda məni sevirlər. Hər yerdə eyni münasibəti görə bilmirəm. Hər şeyi qiymətləndir, sevgilərini hiss edirəm. Hər kəsə çox “sağ ol” deyirəm.

RÖYANƏ OĞUZ

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla