AZ

İsrail ordusu "Camaat əl-İslami" liderini öldürdü

İsrail ordusu Livana hava hücumu zamanı "Camaat əl-İslami"nin lideri Musab Halafı öldürdüyünü açıqlayıb.

Ölkə.Az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, Livanın Suriya sərhədinə yaxın Beka Vadisi bölgəsində Meydun kəndinə döyüş təyyarələrinin hücumu nəticəsində Livanın sünni Camaat əl-İslami Hərəkatının yüksək səviyyəli lideri Halaf öldürülüb.

Camaat əl-İslaminin verdiyi açıqlamada hücum zamanı təşkilatın  lideri Musab Halafdan başqa Bilal Halaf adlı üzvünün də öldüyünü təsdiqləyib.

İsrail ordusu ilə Livan Hizbullahı arasında 2023-cü il oktyabrın 8-dən sərhəd xəttində baş verən qarşıdurmalarda 285 Hizbullah üzvü, 56 Livan vətəndaşı, 18 Əməl Hərəkatı, 13 HƏMAS, 12 İslami Cihad üzvü, 8 İsrail vətəndaşı və 12 əsgəri həlak olub.

Mürtəza
Ölkə.Az

Seçilən
67
24
Mənbələr
Şərh ()
Bağla