AZ

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

Avroliqanın Nizam İntizam Komitəsi Matey Boltauzerlə bağlı araşdırmaya başlayıb. Bu hakim Belqrad aeroportunda oğurluq edən zaman kameralar tərəfindən çəkilib.

Basketbol hakimi Nikola Tesla aeroportunda “Tom Ford” ətiri oğurlayıb. Bu ətirin qiyməti 200 avrodan artıqdır.

Mətbuatın məlumatına görə, Avroliqa hazırda təhqiqat aparır. Boltauzer mühafizə işçiləri tərəfindən tutulduqdan sonra günahını da boynuna alıb.

Xatırladaq ki, bu həftə Boltauzer “Panatinaikos” – “Makkabi” oyununu idarə edib. Həmin görüşdən sonra yunan komandasının baş məşqçisi Ergin Ataman hakimi tərəfkeşlikdə günahlandırmışdı.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla