AZ

Roy Kin Bruno Fernandesi tənqid etdi

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Roy Kin “qırmızı şeytanlar”ın hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes haqda danışıb.

Arena.az Kinin bu barədə fikirlərini təqdim edir:

“Bruno Fernandes klubu xilas edəcək? Özünüz baxın, o, karyerasında heç nə qazanmayıb! Onun futboldakı səyahətinə baxın. Əgər o, klubun ən yaxşı oyunçularından biridirsə, deməli, onun üzərinə məsuliyyət düşür”, deyə Roy Kin portuqal futbolçunu tənqid edib.

Xatırladaq ki, Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 65 milyon avro qarşılığında Lissabon “Sportinq”indən keçib. Portuqal yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “Mançester Yunayted”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 15 qol vurub, 11 məhsuldar ötürmə ilə fərqlənib. Brunonun “Mançester Yunayted” karyerası bütövlükdə 229 oyun, 79 qol və 64 məhsuldar ötürmədən ibarətdir.

Fernandes “Mançester Yunayted”dən öncə “Sportinq”, “Udineze”, “Sampdoriya”, “Novara” kimi klubların da formasını geyinib.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 64 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 20 qol vurub, 19 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı portuqal yarımmüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla