Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, hazırda insidentlə bağlı araşdırma aparılır.
"Təxliyə inzibati binanın 7-ci mərtəbəsində həyata keçirilib. Partlayış təhlükəsi ilə bağlı yoxlanışlar aparılır. Ərazidə partlayıcı qurğunun olub-olmaması araşdırılır”.
Hadisənin aeroportun işinə təsir etmədiyi qeyd olunub.
***
Moskvanın Vnukovo hava limanında partlayış təhlükəsi elan edilib.Bu barədə TASS xəbər verib.
Təhlükə ilə əlaqədar aeroportun mərtəbələrindən birindən insanlar təxliyə edilib.
www.anews.az