AZ

Ruslar Kuban və Krımda 68 Ukrayna PUA-sını vurdu

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Krasnodar diyarı üzərində 66, Krım yarımadası üzərində isə daha iki PUA-nı məhv edib.

Ölkə.Az  xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyinin məlumatda itki və dağıntılar barədə məlumat verilmir.

Krıma PUA hücumu ilə əlaqədar olaraq Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

Kubana edilən kütləvi PUA hücumu ilə bağlı Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildiirb ki, hücum zamanı xəsarət alan olmayıb. Lakin o,  PUA-lardan Slavyansk neft emalı zavoduna düşdüyünü və orada  yanğın baş verdiyini təsdiqləyib.

Mürtəza
Ölkə.Az

Seçilən
157
18
Mənbələr
Şərh ()
Bağla