AZ

Şabran polisi məktəblilərlə görüşüb - FOTOLAR

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 5 saylı tam orta məktəbində  “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, cari il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

FOTO QALEREYA
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla