AZ

Bypass əməliyyatının göstəriş olduğu hallar

Bypass, ürək əzələsini qan və oksigen ilə təmin edən damarların tıxanması və ya funksiyasını kifayət qədər yaxşı yerinə yetirməməsi və nəticədə ürək əzələsinin əziyyət çəkməsi halında icra olunur.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim bildirib ki, döyünən ürəklə, süni qan dövranı aparatına qoşulmadan, minimal invaziv metodlarla icra edilən Bypass üçün göstəriş olduğu hallar:
Balon angioplastika əməliyyatının mümkün olmadığı hallar;
Birdən çox koronar damarın əməliyyatsız metodlarla (balon-stent) açıla bilmədiyi vəziyyətlər;
Bir və ya daha çox koronar damarın daha öncə əməliyyatsız metodlarla açılmış olmaqla birlikdə yenidən tıxandığı vəziyyətlər;
Ürək qapaq əməliyyatı lazım olan vəziyyətlərdə bir və ya daha çox koronar arteriyanın problemli olduğu vəziyyətlər.
 
Onun sözlərinə görə, əgər Koronar Bypass əməliyyatı yerinə alternativ digər metod icra etmək mümkün olarsa, həkiminiz bu barədə sizi məlumatlandıracaq.
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla