AZ

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirib

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsi tərəfindən “Obyektdə baş vermiş yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

Təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin təşkilinə, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması ibarət olub.

Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Hаvа limаnının idаrəеtmə оrqаnlаrının və mülki müdаfiə qərаrgаhı hаzır vəziyyətə gətirildikdən sonra yаnğın təhlükəsizliyi və qəzа-xilаsеtmə kоmаndаsının fəаliyyətinin təşkilini yоxlаnılıb.

Sonra hava limanının yanğın təhlükəsizliyi komandasına yanacaq-sürtkü materialları anbarında şərti yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və şəxsi heyəti tərəfindən şərti yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib. Yanğın ocağında xəsarət alanlara hava limanın səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 114 nəfər şəxsi heyət, idarəetmə və rabitə vasitələri, 6 yanğınsöndürmə avtomobili, 1 xüsusi təyinatlı texnika, 1 tibbi yardım avtomobili cəlb edilib.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla