AZ

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib.

Uşağın dünyaya gəlməsinin qarşısını almaq üçün o, sevgilisini dörd həb içməyə razı salıb. Zərərçəkmiş onların vasitələr olduğunu bilmir. Aprelin 5-də qız Əli ilə birlikdə yaşadığı mini otel otağında uşağını düşürüb.

Hadisə zamanı həkimlər çağırılmayıb. Daha sonra kişi uşağının meyitini götürərək, gedib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq 24 yaşlı Əlini saxlayıblar.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla